Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, reyd zamanı Qəbələ rayonu Aydınqışlaq kəndi ərazisində köküstə yaş 40-92 sm diametrliyində 8 qovaq ağacının kəsildiyi və təbiətə 9400 manat məbləğində ziyan dəydiyi məlum olub.
Araşdırma zamanı ağacların Qəbələ şəhər sakini Valeh Tahirov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




