Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Yasamal rayonu Şərifzadə küçəsi 168A ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Mediainfo.az saytına Nazirlikdən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib. Araşdırma zamanı ərazidə pilot layihə çərçivəsində "Qismət-M Construction" MMC tərəfindən köhnə beşmərtəbəli binanın sökülərək yerində çoxmərtəbəli yaşayış binasının və yeraltı avtomobil daynacağının tikildiyi müəyyən edilib. Dayanacağın girişindəki müxtəlif cinsli bioloji inkişafda olan 6 ədəd ağacın dayanacaq fəaliyyət göstərəcəyi təqdirdə kəsilmə təhlükəsi altında qalacağı qeydə alınıb.
Faktla bağlı akt tərtib olunub və ağacların qorunub mühafizə olunması, aqrotexniki qulluq göstərilməsi məqsədilə MMC-yə icrası məcburi olan "məcburi göstəriş" verilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































