Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Mediainfo.az saytına DGK Mətbuat Xidmətindən verilən məlumata görə, "Scania" markalı həmin avtomobilə baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Bu səbəbdən avtomobilin kabinəsi əsaslı yoxlanılıb. Yoxlama nəticəsində 1 ədəd sellofan paketdə, xalis çəkisi 0,411 qram olan metamfetamin və 2 ədəd plastik qabda, cəmi 160 ml həcmində metadon məhlulu aşkar olunub.
Metamfetamin avtomobilin sükanının mərkəzində olan siqnal mexanizmini işə salan plastik örtüyün altında, metadon məhlulu isə sürücü oturacağının altındakı boşluqda aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon məhlulu isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)






































