İki bacı qadınları ölkə hüdudlarından kənara çıxararaq cinsi istismara məruz qoyduqlarına görə, hakim qarşısına çıxarılacaqlar.
Cinayət məcəlləsinin 144-1.2.1-ci maddəsi ilə təqsirləndirilən Məmmədzadə Kəmalə Oqtay qızı və Məmmədova Nəzakət Oqtay qızının məhkəmə prosesi iyul ayının 23-də hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək. Qeyd edək ki, cinayət işində 2 qadın- İsmayılova Ofelya Əbil qızı və Abdullayeva Sevda Zakir qızı zərərçəkmiş qismində tanınıb.
Xatırladaq ki, saxlanılan bacılardan biri əvvəllərdə oxşar maddələr ilə məhkumluq həyatı yaşayıb. Belə ki, 2014-cü ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadə tutulub. Onun gəlir əldə etmək məqsədi ilə Xətai rayonunda yaşadığı evində əxlaqsızlıq yuvaları təşkil etməsi müəyyən edilib.
Kəmalə Məmmədzadə Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham olunub.
Kəmalə Məmmədzadə Xətai rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Sonra isə apellyasiya məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılıb. (olke.az)
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































