Türkiyədə və Azərbaycanda "Adnan hoca" olaraq tanınan, cinsi istismar, silahlı qruplaşma yaratmaq, silah saxlamaqda ittiham olunan "Türk İslam Camaatı"nın lideri Adnan Oktar həbs olunduqdan sonra ilk ifadəsini verib.
"Hürriyet" xəbər verir ki, Adnan Oktar ona qarşı irəli sürülən iddiaları qətiyyətlə qəbul etməyib və "11 yaşlı qızı zorlamaq ittihamı isə böhtandan başqa bir şey deyil", deyə bildirib: "O qızı anası gətirmişdi. Qəbul etmədim. Bağçada görüşdük, yola saldım. Çünki yaşı az idi. Mən qanuna və qaydalara riayət edən adamam. Mənə qarşı irəli sürülən iddiaların hamısı iftira və böhtandır. Mən Atatürkçü və milliyətçiyəm. Dərhal azad olunmağımı tələb edirəm. Mənim 3 min 500 lirədən başqa gəlirim yoxdur. Varlı deyiləm. Bütün həyatımı xalq görür. Çünki bütün ömrüm televiziya ekranları önündə keçirib. Xaricilərlə gizli görüşüm olmayıb. Keçirdiyim bütün görüşlər Türkiyənin lehinədir, əleyhinə deyil".
Qeyd edək ki, "Adnan Oktar işi"ndə həbs edilənlərin sayı 143-ə çatıb. Onlardan 25 artıq ilkin dindirmədən sonra sərbəst buraxılıb.
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb

















































