Bağban ev sahibini yaralayıb, onun həyat yoldaşını isə öldürüb

Bağban ev sahibini yaralayıb, onun həyat yoldaşını isə öldürüb

Bakıda bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb

Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən Range Rover markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib.

Yol Polis əməkdaşları maşına saxla əmri veriblər lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə Range Roveri saxlamaq mümkün olub.

Avtomobilə yaxınlaşan polis əməkdaşları dəhşətli səhnənin şahidi olublar.

Maşında qan içində iki nəfər olub. Sürücü dərhal saxlanılıb.

Maşında olan yaralılardan qadının öldüyü müəyyən edilib. Ağır vəziyyətdə olan 72 yaşlı Şuşalı Arzu Məmməd oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağlr kimi qiymətləndirib.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Şuşulını ağır yaralayıb həyat yoldaşını qətlə yetirən bağlarında işləyən bağbandır.

Ev sahibi bağbanı işdən azad etdiyini bildirəndə o məlum hadisəni törədib daha sonra onları öz avtomobilləri ilə aparıb meyidlərini gizlətmək istəyib.

Faktla əlaqədar Xəzər rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır. (report)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az