Əfqanıstanın şərqində Nanqarxar əyalətinin inzibati mərkəzində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 11 nəfər həlak olub və 4 nəfər yaralanıb.
Bu barədə "Report" Tolo News yerli telekanalına istinadən xəbər verir.
Kamikadze Cəlalabad şəhərində nəzarət-buraxılış məntəqəsinə hücum edib. Həlak olanlar arasında Milli Təhlükəsizlik İdarəsinin iki əməkdaşı da var. Terror aktının digər qurbanları dinc sakinlər olublar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən heç bir terror qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































