Paytaxtda sürücülərdən biri digər avtomobil üçün qəza təhlükəsi yaradıb və həmin maşını öz avtomobili ilə vurub. Bu da azmış kimi, maşından enərək günahsız sürücünü təhqir etməyə başlayıb.
Xəzərxəbər bildirir ki, əvvəlcə hərəkətdə olan avtomobili sağdan ötür. Həmin anda da minik avtomobilini vurur. Sonra isə hərəktdə ikən qəfildən əyləci basır və avtomobili digər minik maşınının qarşısında saxlayaraq qəza təhlükəsi yaradır.
Və daha sonar maşından düşən sürücü arxadakı avtomobilin sürücüsünün üstünə cumur. Sərnişin isə günahsız sürücünün avtomobilini yumruqla vurmağa başlayır. Sonradan onlar avtomobilə minərək hadisə yerindən yayınıblar.
Görüntülər paytaxtın Yusif Səfərov küçəsində hücuma məruz qalan avtomobildəki kamera tərəfindən qeydə alınıb.
Həmin avtomobilin sürücüsü Əli Həsənli bildirib ki, öz zolağıyla qaydalar çərçivəsində hərəkət edərkən, sol zolaqda hərəkətdə olan avtomobilin sürücüsü manevr etmə qaydasını pozaraq ona təhlükə yaradıb.
Ekespertlər bildirirlər ki, əgər hadisə nəticəsində günahsız sürücünün avtomobili zədələnmiş olsa, qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilərlər.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır















.jpg)

.jpg)





































