Vəzifədə olarkən sui-qəsdə məruz qalan azərbaycanlı məmurlar

Vəzifədə olarkən sui-qəsdə məruz qalan azərbaycanlı məmurlar

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevindünən axşam saatlarında silahlı hücuma məruz qalması ölkə gündəmini məşğul edən əsas mövzulardandır.

İcra başçısı bu hadisədən sağ-salamat qurtulsa da, dövlət məmurlarına qarşı bu kriminal cinayət hadisəsi cəmiyyət tərəfindən kəskin hiddətlə qarşılanır.

Azxeber.com dövlət müstəqilliyi əldə ediləndən bəri sui-qəsdə məruz qalan, silahlı hücum nəticəsində dünyasını dəyişmiş məmurlarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:

Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vaqif Vəliyev(Hacı Vaqif) 1993-cü ildə öz iş otağında qətlə yetirilib. Hadisəni törədən şəxs məhkəmənin qərarı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.

Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov da 1994-cü il sentyabrın 29-da Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, akademik Ziya Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında qətlə yetirilib.

Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev 11 fevral 2009-cu ildə Bakıda sui-qəsd nəticəsində qətlə yetirilib.

1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində olan çoxsaylı iriçaplı məmurlar – Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiriOsman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və ümumilikdə 22 nüfuzlu şəxs sui-qəsdə məruz qalaraq ölüb.

Xatırladaq ki, yüksək vəzifəli məmurların sui-qəsdə məruz qalması, onlara qarşı silahlı hücumlar bütün dövlətlərin təcrübəsində olub. Çox təəssüf ki, bir qarışqa yaratmaq iqtidarında olmayanlar bir insanın canına qıyır, öz cinayətkar xislətini nümayiş etdirirlər.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az