İsmayıllı rayonunda güllələnərək öldürülən qadının həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub.
Mediainfo.az saytının APA-ya istinadən xəbərinə görə, Kürdmaşı kənd sakini, 1989-cu il təvəllüdlü Səfərova Ceyhunə Adil qızı həyat yoldaşı Cəfərov Elçin Kamil oğlu tərəfindən öldürülüb.
Elçin Cəfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, qətl hadisəsi namus üstündə baş verib. Gecə saatlarında evinə gələn E. Cəfərov həmkəndlisi, 1988-ci il təvəllüdlü Həsənov Məhəmmədıli Ağalar oğlunu evində, həyat yoldaşının yanında görüb. E. Cəfərov M. Həsənovu döyərək ona bədədn xəsarətləri yetirib.
Bundan sonra isə həyat yoldaşını güllə ilə vuraraq öldürüb.
Ağır kəllə-beyin travması alan M. Həsənov İsmayıllı Mərkəzi Rayon
Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




