İnternet şəbəkələrində iki nəfərin, o cümlədən bir uşağın həyatını itirməsi və bir nəfərin ağır yaralanması ilə nəticələnmiş dəhşətli yol qəzasının videosu yayılıb.
Moderator.az "RİA Novosti"yə istinadla xəbər verir ki, faciəli olay ötən cümə günü səhər saatlarında Dağıstan Respublikasının Xasavyurt şəhərində baş verib.
İlkin məlumatlara görə, 15 yaşlı yeniyetmə atasının "Mercedes"- "cip"ində gəzintəyə çıxmağa qərar verib. Gəzinti zamanı o idarə etməni itirib və avtomobil səkiyə çıxaraq üç piyadanı əzib. Onlardan ikisi hadisə yerindəcə həyatını itrib. Dünyasını dəyişənlər 58 yaşlı qadın və onun 6 yaşlı nəvəsidir. Ağır xsarətlər almış ikinci qadın isə xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra gənc qatil sürücü dostuna zəng edib. Həmin telefon danışığının audio-yazısını "Telegram-112" kanalı yayımlayıb. "Bir uşağı və qadını vurub öldürdüm. Atamın avtomobilini götürmüşdüm. Bütün bunları necə həll etmək olar, bilmirəm..."- oğlan səsi ilə bu sözlər eşidilir.
Sultan Laçın
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































