Rusiyanın Sankt-Peterburq şəhərində inşaat sahəsində miqrantlar arasında kütləvi dava düşüb.
Bu haqda "Fontanka" məlumat yayıb. Şahidlərin sözlərinə görə, fəhlələr bir-birini daş atəşinə tutub, dəyənəklərdən və dəmir armaturlardan istifadə edib.
İlkin məlumata görə, kütləvi davada yüzə yaxın insan iştirak edib. Düşən səs-küydən narahat olan sakinlər polisə şikayət edib. Polis əməkdaşları hadisə yerinə gələndə artıq kütləvi davadan əsər-əlamət qalmayıb.
Sonradan məlum olub ki, davada iştirak etmiş 18 yaşlı Tacikistan vətəndaşı və 37 yaşlı Özbəkistan vətəndaşı ağır bədən xəsarətləri ilə yerli xəstəxanaya daxil olub.
İştirakçılardan 30-u polis bölməsinə gətirilib. Onların 26-ı Özbəkistan, ikisi Tacikistan, biri isə Azərbaycan vətəndaşıdır. (oxu.az)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




