Ekologiya və Təbii Sərvətlər Nazirliyinə İsmayıllı-Lahıc avtomobil yolunun kənarında fəaliyyət göstərən "Dağ Şəlaləsi" istirahət mərkəzində formalaşan çirkab suların birbaşa Girdiman çayına axıdılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı istirahət mərkəzində ekoloji və sanitar qaydalara riayət olunmadığı, primitiv üsulla inşa edilmiş sanitar qovşaqda əmələ gələn çirkab suların birbaşa Girdiman çayına axıdıldığı faktı öz təsdiqini tapıb.
Faktla bağlı istirahət mərkəzinin sahibi Əkbər Fətəliyev barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində inzibati qaydada 1000 manat məbləğində cərimə olunub. Mövcud çatışmazlıqların təcili aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Operativ tədbirlər nəticəsində çirkab suların çaya axıdılmasının qarşısı alınıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































