ETSN yeni reydlər keçirib: 3125 manat cərimə

ETSN yeni reydlər keçirib: 3125 manat cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə reyd keçirilib.

Mediainfo.az saytına nazirlikdən verilən xəbərə görə, Xəzər dənizinin Corat və H.Z.Tağıyev qəsəbələri istiqamətində keçirilən reydlər zamanı qəsəbə sakinləri Qulu və Elman Ağayevlər, Allahyar Bədəlov qanunsuz balıq ovu edərkən saxlanılıb və onlardan 18 ədəd kütüm, 7 ədəd nərə balığı və ov alətləri götürülüb. Qanun pozucuları barəsində balıq ehtiyatlarına vurulan ziyanla bağlı kütümə görə 594 və nərəyə görə isə 1540 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Xanabad kəndi və Samux rayonu ərazilərində keçirilən reydlər zamanı Mingəçevir şəhər sakinləri Azər Dünyamalı və Ramin Bayramsoy qanunsuz balıq ovu edərkən saxlanılıb. Qanun pozucularından 45 ədəd şahmayı balığı götürülərək barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 1485 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az