Həbs edilən erməni general Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında aparılan axtarışın bəzi təfərrüatı məlum olub.
Axtarış zamanı generalın evindən bir sıra arxiv fotoları tapılıb.
Belə ki, fotoların vaxtilə Qriqoryana haqq vermədiyi üçün cəzalandırılaraq onun evinin zirzəmisində qul kimi saxlanılan erməni iş adamlarına aid olduğu üzə çıxıb.
Bundan başqa, general Manvel Qriqoryanın evindən 1994-cü ildə Ağdərədə ona tabe olmayan erməni döyüşçüsünü asaraq öldürdüyünü əks etdirən video və fotoşəkil də aşkarlanıb.
Qeyd edək ki, bir müddət öncə Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın evində axtarış aparıb. Axtarış zamanı generalın iqamətgahından üzərində "Əsgər payı" yazısı olan çoxlu sayda ət konservi və satışı qadağan edilən məhsullar, siqaret, əsgər paltarları, bintlər, benzin, 7,62 mm və 5,45 mm-lik güllələr tapılıb.
Qriqoryan Füzuli və Cəbrayıl rayonları istiqamətində aparılan döyüşlər zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirənlərdən biri olub. O, həmçinin Aprel müharibəsində də Bakıya qarşı sərt çıxışlar edib.(Axar.az)
.jpg)
.jpg)
.jpg)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
















.jpg)

.jpg)




































