Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Ötən gün axşam saatlarında rayonun Qaraqaşlı kənd sakini, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızı həyat yoldaşı tərəfindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. O, çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır.
Məlumata görə, kişi arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




