Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının buinasında baş vermiş yanğın eks nazir Səlim Müslümov barəsində yeni söz-söhbətlərin yaranmasına səbəb olub. Sosial şəbəkələrdə bəzi KİV-lər yanğının qəsdən törədildiyi iddia olunur.
"1 iyun 2018-ci il tarixində nahar fasiləsi vaxtı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının yerləşdiyi inzibati binanın 7-ci mərtəbəsində ümümi sahəsi 13 kv.m olan iş otağında yanğın baş verib".
Mediainfo.az saytının verdiyi xəbərə görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov bildirib.
F.Talıbovun sözlərinə görə, yanğın zamanı inzibati binada olan bütün işçilər təxliyə edilib:
"Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası tərəfindən yanğın qısa vaxt ərzində söndürülüb, onun digər otaqlara yayılmasının qarşısı alınıb.
Hadisə zamanı iş otağında olan iş masası və kreslo, iş masasının üstündə olan sənədlərin (məktub və yazışmalar) bir hissəsi yanıb".
Şöbə müdiri yanmış sənədlərin elektron variantının nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində (MİS) mövcud olduğunu vurğulayıb və onlar bərpa ediləcək:
"Hazırda yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
Qeyd edək ki, mətbuatda DSMF-də baş verən yanğının sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun göstərişilə bəzi sənədlərin məhv edilməsi məqsədilə qəsdən törədildiyinə dair məlumatlar yer alıb.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































