Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 171 cinayət faktı qeydə alınıb, onların da 33-ü "isti izlər"lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




