Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonunda güllələnmə hadisə baş verib.
Hadisə Balaxanı qəsəbəsində qeydə alınıb. Ov tüfəngi ilə silahlanan 19 yaşlı Sabir Qulamov Sadıxcan küçəsi 13 ünvanına gəlib. Ona qapını evin sahibi 55 yaşlı Esmira Cəfərova açıb. Silahlı şəxs heç nə demədən Esmira Cəfərova və evdə olan onun qızı 17 yaşlı Cəfərova Aytən Mehman qızını güllələyib. Daha sonra həmin şəxs evi tərk edib. Səsə gələn qonşular yaralıları 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.
Esmira Cəfərova xilas edilsə də, həkimlərin səyinə baxmayaraq, Aytən Cəfərova ölüb. Güllələnmə baş verən ünvanda polis və prokurorluq əməkdaşları olublar. Hadisəni törədən şəxs isti izlərdən saxlanılıb. Verilən məlumata görə hadisəni törətməkdə şübhəli bilinən şəxs Aytən Cəfərovanın nişanlısı olub. Faktla əlaqədar Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Sabir Qulamov törətdiyi hadisə ilə bağlı polisə ifadəsində bunları bildirib:
mənbə: yeniçağ
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb


















































