Azərbaycandan İrana qanunsuz yolla keçməyə çalışan 4 nəfər saxlanılıb.
Mediainfo.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, mayın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfər əcnəbi vətəndaş tərəfindən döv¬lət sər¬hə¬di¬nin pozulmasının qarşısı alınıb.
Hadisə "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta-vasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında "pusqu" sərhəd naryadında olan sərhədçilər tərəfindən 4 nəfər şəxsin Azərbaycan ərazisindən İran istiqamətində hərəkət etmələri aşkar olunub.
Həmin şəxslər saxlanılaraq sərhəd zasta¬va¬sına gətirilib. Sərhəd pozucularının üzərindən 3610 ABŞ dolları, 250 Banqladeş takası, 1 ədəd "Samsung" markalı, 3 ədəd "Huaԝei" markalı mobil telefonlar və şəxsi əşyalar olan çantalar aşkar olunub.
Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları - 1997-ci il təvəllüdlü Hossain MD Lokman, 1998-ci il təvəl¬lüdlü Hos¬sain MD Rintu, 1998-ci il təvəllüdlü İslam Saiful, 1987-ci il təvəllüdlü Talukdar MD Aminul İslam olmaları dəqiqləşdirilib, birinci ikisinin Avrasiya Universitetinin, digər ikisinin isə Azərbaycan Texniki Universi¬tetinin tələbələri olmaları müəyyən edilib.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Murad Əhməd

Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




