Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.
Rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.
Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib.
Yerə yıxılan C. Məmmədov dünyasını dəyişib.
Onun isti havada əsəb gərginliyi keçirdiyi və ürəktutmasından öldüyü ehtimal edilir.
Digər şəxslər qara rəngli "QAZ 24" markalı minik maşını ilə hadisə yerindən qaçıblar.
Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.
Cümşüd Məmmədov həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































