Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "Lukoyl" və "Rosneft"in bir neçə menecerini həbs edib. Musavat.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib. Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdolrma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.
Əməliyyat nəticəsində ilk olaraq "Rosnef- Stavropol"un top-meneceri və "Lukoyl"un bir neçə meneceri yaxalanıb. Bundan sonra "Rosneft"dən Oleq Kolpakov, "Lukoyl"dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində "mütəşəkkil cinayətkar dəstə yaratmaq" və "külli-miqdarda dələduzluq" maddəsiylə cinayət işi başlanılıb. Həbslərin davam edəcəyi gözlənilir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




