Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Xidmətin hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsindəİmişli rayonu ərazisində Cəbrayıl rayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respublikasından Azərbaycan Republikası istiqamətində dövlət sərhədini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.
Sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan Respublikası ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İranərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyən edilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları – 1993-cü il təvəllüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Malik Minbarali, 1995-ci il təvəllüdlü Minhaj Uddin Cabed, 1998-ci il təvəllüdlü Abdul Kazim Tolukber, 1999-cu il təvəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıblar.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.(azvision.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır

















.jpg)

.jpg)



































