Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tükənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. O, Musa Tükənovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses mayın 22-də davam edəcək.
İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tükənov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Musa Tükənov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.Axar.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































