Bakı Ağır Cinayətlər Məhkəməsində "Abu Cihad" ləqəbli İŞİD-çinin məhkəməsi başlayır.
Cinayət məcəlləsinin 214.2.1-ci (Terrorçuluq; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Məmmədov Eldəniz Lazım oğlunun məhkəməsinin hazırlıq iclasına hakim Rahib Salmanov sədrlik edəcək.
Qeyd edək ki, Eldəniz Məmmədov 2017-ci ilin sentyabr ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş "Abu Cihad" ləqəbli, 22.02.1979-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Məmmədov Eldəniz Lazım oğlunun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb.
Yayılan videokadrlardan görünür ki, E.Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza alır.
Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstagram səhifəsinin sahibi olub.(olke.az)
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































