Azərbaycanda məktəb direktoru xadimənin attestatını 500 manata satdı
30 Oktyabr 14:12
Avstraliyada 7 nəfər güllələnərək qətlə yetirilib.
"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Xəbərdə bildirilir ki, onların cəsədləri Marqaret River şəhərində aşkarlanıb. İlkin məlumata görə, hadisə kütləvi güllələnmə cinayətinin tərkib hissəsidir.
Öldürülənlər arasında yetkinlik yaşına çatmayanlar da var. Cəsədlərin yanında cinayətin törədilməsinə istifadə edildiyi ehtimal olunan silah da tapılıb.