Baş prokuror Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib.
Mediainfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Q. Mikayılovanın atası qızının intihar deyil, qətlə yetirilməsinə dair şübhələri olduğundan hadisənin yenidən araşdırılması xahişi ilə Baş prokurora müraciət ünvanlayıb.
Oğuz rayon Prokurorluğundan APA-ya bildirilib ki, Baş prokuror müraciətin dərhal araşdırılması barədə tapşırıq verib. Həmin tapşırıq əsasında prokurorluq əməkdaşları məhkəmənin müvafiq qərarı əsasında məhkəmə tibbi eksperti və qohumların iştirakı ilə qəbir açılıb və meyitdən nümunələr götürülüb.
İş üzrə təyin edilmiş ekspertizanın rəyindən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
İlqar Əliyev həbsdə vəfat etdi
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

















































