Türkiyədə biabırçı hadisə baş verib.
Hadisə Kahramanmaraş bölgəsində qeydə alınıb. Həmin ərazidə yaşayan Hasan Adıyaman əmisi oğlunu ov tüfəngindən atəş açaraq öldürüb. Hadisəyə səbəb qısqanclıq olub.
Belə ki, H. Adıyaman əmioğlusu olan Hasan Mitileri arvadı ilə cinsi əlaqədə olduğu üçün qətlə yetirib. Uzun müddət H. Mitiler əmioğlusunun arvadı Sibel Cülfük ilə sevgili olublar. Onlar bir müddət əvvəl bir-birinə qoşulub qaçıb. Baş verənlərdən əsəbləşən H. Adıyaman haqq-hesab çəkmək qərarına gəlib. O, ov tüfəngini götürərək əmioğlusunu güllələyib.
Hadisədən sonra polislər tərəfindən həbs edilən H.Adıyaman ifadəsində qətli bilərəkdən törətmədiyini deyib.
"Arvadım əmim oğluna qoşulub qaçmışdı. Məsələyə aydınlıq gətirmək üçün onunla görüşdüm. Tüfəngi də əmim oğlunu qorxutmaq üçün götürmüşdüm. Mübahisə zamanı əlim təsadüfən tətiyə dəydi və güllə açıldı. Əməlimdən peşmanam", - deyə Hasan Adıyaman bildirib.
Məhkəmədə ifadə verən Sibel Cülfük ərinin günahsız olduğunu deyib:
"Həyat yoldaşım günahsızdır. Hadisənin baş verməsində günahkar mənəm".
Öldürülən H. Mitilerin qardaşı da məhkəmədə günahın qadında olduğunu deyib.

Baku.vvs
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































