Başqa kişi ilə görüşən arvadını bıçaqladı
Hadisə Nərimanov rayonu, "Şərq" bazarı yaxınlığında Xətai küçəsində yerləşən "Atlas" tibb mərkəzinin qarşısında qeydə alınıb.
"Ölkə.Az"a Nərimanov RPİ-dən verilən məlumata görə, Rəşad İbrahimov keçmiş həyat yoldaşının başqa kişi ilə görüşdüyü barədə məlumat alıb. Səhər saatlarında isə onalara yaxınlaşaraq hər ikisinə çoxsaylı bıçaq xəsarətləri yetirib. Nəticədə Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Zəhrə Səfər qızı İbrahimova dünyasını dəyişib, Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Artıq hadisəni törədən şəxs saxlanılıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, R.İbrahimov 2 ildir ailəsindən ayrılıb. Bu gün isə xəsarət alan E.Əliyev, Zəhrə İbrahimovanı biznes mərkəzlərindən birinə işə düzəldib. Bundan xəbər tutan R.İbrahimov ilk iş günü onların hər ikisini öldürmək qərarına gəlib.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




