Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Mediainfo.az saytının DGK Mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, idarənin "Qoşa Təpə" gömrük postunda Naxçıvan MR-dan İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasına yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi "DAF" markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib. Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilmiş, bir ədəd şəffaf plastik şüşəyə doldurulmuş, xalis çəkisi 1242.1 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb. Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatları da aşkar olunub.
10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in" II Siyahısına daxildir.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




