Avtobusda qadının cibindən 180 manat oğurladı

Avtobusda qadının cibindən 180 manat oğurladı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.

Aprelin 25-də paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini T.Ağasıyeva bir gün əvvəl marşrut avtobusunda içərisində 180 manatı olan pulqabısının oğurlandığını bildirib. Dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və bu cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək "isti izlər"lə saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ramiyar olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.(olke.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az