Bu gün 4 generala hökm oxunacaq

Bu gün 4 generala hökm oxunacaq

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə bu gün hökm elan ediləcək.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya müşavirəni aprelin 19-da başa çatdırıb və tərəflərə hökmün bu gün elan edələcəyi barədə məktub göndərilib.

Hökmün elanı Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutacaq.

Cinayət işində bəzi dövlət sirri təşkil edən məlumatlar olduğu üçün proseslər qapalı keçirilib. Bu səbəbdən hökmün elanının da qapalı keçiriləcəyi, jurnalistlər və ictimayyət nümayəndələrinin prosesə buraxılmaması gözlənilir.

Məlumata görə, hakimlər hökmü elan etmək üçün məhkəmə zalına saat 11.00-da gələcək.

Qeyd edək ki, prokuror Sübahir Qurbanovun 16 il, Teymur Quliyevin 16 il, general Natəvan Mirvətovanın 12 il, Füzuli Əliyevin 15 il , Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7 il, Anar Şirəliyevin 7 il, Eşqin Əliyevin 7 il və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.

Prokuror zamində olan Natəvan Mirvətovanın həbs edilməsini istəyib. Həmçinin təqsirləndirilən generalların rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi təklif edilib. Digər vəzifəli şəxslərinin rütbədən məhrum olunması təklifi də çıxışda yer alıb.

Prokuror təqsirləndirilən şəxslərin əmlaklarının müsadirəsi və zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanunun tələblərinə uyğun qərar çıxarılmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını tələb edib.(axar.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az