İki boksçumuz AÇ-nin yarımfinalında

İki boksçumuz AÇ-nin yarımfinalında

İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günündə Azərbaycan millisinin 5 idmançısı rinqə çıxıb.

Onlardan ikisi növbəti qələbəsini qazanmaqla, yarımfinal yüksəliblər.

Belə ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov üçüncü görüşünü də qələbə ilə başa vurub. Həmyerlimiz 1/4 finalda Nikolay Terteryanı (Danimarka) mübarizədən kənarlaşdırıb. O, erməni əsilli rəqibini 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edib.

Səfərov yarımfinala yüksəlməklə, özü üçün bürünc medalı da təmin edib. Təmsilçimiz növbəti qarşılaşmasına aprelin 24-də çıxacaq. Finala gedən yolda onun rəqibi hollandiyalı van Peer Cas olacaq.

Yığmamızın 69 kq-dakı təmsilçisi Nicat Həsənov da adını yarımfinala yazdırıb. Özü üçün ən azı bürünc medalı təmin edən boksçumuz 1/4 finalda Mikita Buçkodan (Belarus) güclü olub. Həmyerlimiz rəqibinə 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib. O, aprelin 24-də baş tutacaq 1/2 finalda şotlandiyalı Samuel Hikki ilə qüvvəsini sınayacaq.

Bu boksçularımızdan fərqli, Zaur Musayev Ruslan Koleşikova (Rusiya), Vüqar Səmədov (+91 kq) Oskar Koperaya (Polşa) və Ruhanə Məmmədova (60 kq) Françeska Delle Pianeyə (İtaliya) məğlub olublar.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.11.01

2026.10.31

2026.10.30

2026.10.29

Qızıl bahalaşdı Qızıl bahalaşdı 29 Oktyabr 14:14

2026.10.28

2026.10.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az