Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Bu istiqamətdə Sabunçu rayon polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 19-da keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan İsrayıl Səmədzadənin həyətindən torpağa basdırdığı "Patent" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bununla yanaşı, aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Hüseyn Hüseynov müvafiq sənədləri olmayan "TOЗ-16" markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Çöl-Beşdəli kənd sakini Cavanşir Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.Azadinform
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




