Reketlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Reketlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Musavat.com

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.12

2026.09.11

2026.09.10

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az