Ukraynanın Zaporojye vilayətində mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri Azərbaycan vətəndaşını döyərək onun pulunu alıblar.
Bu barədə "Report" Ukraynanın "Bütün hakimiyyət" nəşrinə istinadən xəbər verir.
İbtidai istintaq çərçivəsində müəyyən edilib ki, şübhəli şəxslər Azərbaycan vətəndaşı döyərək ondan mövcud olmayan borc qarşılığında 20 min ABŞ dolları məbləğində pul tələb ediblər.
Ukraynanın Milli Polisinin Baş İdarəsinin məlumata görə, aprelin 5-də cinayət işində adı hallanan 3 nəfər 1958-ci il təvəllüdlü Azərbaycan vətəndaşının evinə gələrək onu "Volkswagen Golf" markalı avtomobilini verməyə məvbur ediblər.
Qruplaşmanın 24 yaşlı iki üzvü girovla azad olunmaq istisna edilməklə həbs edilib, daha bir üzv - 1997-ci il təvəllüdlü şəxs isə sutkalıq ev həbsinə götürülüb. Ukrayna Cinayət Məcəlləsinin zorla mənimsəmə maddəsiylə cinayət işi açılıb. Maddədə 7 ilədək həbs cəzası nəzərdə tutulur.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




