Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_1/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/azerbaycanpolisiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /usr/share/php/Cache/Lite.php on line 642
Çin Avropanı ABŞ-ın əlindən alır

Çin Avropanı ABŞ-ın əlindən alır

Çin Avropanı ABŞ-ın əlindən alır

ABŞ prezidenti Donald Trampın Avropa ilə münasibətlərdə güc və təzyiq metodundan istifadə etmək cəhdi ilə danışmağa cəhd etməsi okeanın o tayı ilə bu tayı arasında yeni iqtisadi, siyasi və hərbi problemlərin ortaya çıxması ilə müşahidə olunmaqdadır. ABŞ-la onun Avropadakı müttəfiqləri arasında əmələ gələn narazılıqlardan isə ən çox yararlanmağa cəhd edən olkə isə Vaşinqtonun daha çox ehtiyat etdiyi Çindir. Xüsusi ilə tədricən dünyanın supergücünə çevrilmək istiqamətində bütün imkanlarından istifadə edən Çin ABŞ-la Avropa arasında əmələ gələn qarşıdurmalardan və narazılıqlardan hər vasitə lə yararlanmağa cəhd edir. Bunu Çinin dövlət rəhbəri Si Sinpinin Avropaya son səfəri də bir daha təsdiq etdi.

Səfər zamanı Si Sinpinin Avropa ölkələri paytaxtlarında xüsusi rəğıbətlə qarşılanması və Pekinlə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edən sənədlərin imzalanması əslində ABŞ-ın Avropada nəinki siyasi və hərbi, həm də iqtisadi mövqelərinin bir daha laxlanmaqda olduğunun nümayişinə çevrildi. Əslində Çinin Avropada iqtisadi baxımdan möhkəmlənməsi və ABŞ-ı oradan tədricən sıxışdırıb çıxarmaqda olması hələ 2000-ci illərin əvvəllərindən özünü göstərməkdə idi. Lakin həmin dövrdə ABŞ-ın Avropada iqtisadi mövqelərinin olduqca möhkəm olması səbəbindən Çinin Qərb bazarına can atması cəhdləri Qərbdə müəyyən qədər ironiya ilə qarşılanırdı. Bununla belə Çinin iqtisadi baxımdan Avropada möhkəmlənmək cəhdləri 2010-cu ildən başlayaraq ciddi şəkildə özünü hiss etdirməyə başladı. Avropada ucuz Çin mallarına və sərmayəsinə olan tələbatın ildən –ilə artması prosesi 2012-ci ildə qarşılıqlı addımların atılmasına yol açdı. Belə ki, 2012-ci ildə Polşanın paytaxtı Varşava şəhərində Çinlə Şərqi Avropanın 16 ölkəsi arasında 16+1 formatında ticarət anlaşmasının imzalanmasına gətirib çıxardı. Bu, Şərqi Avropanın 16 ölkəsinin Avropa İttifaqının hegemon dövlətlərinin razılığını almadan və onlarla məsləhətləşmədən Çinlə imzaladıqları ən böyük iqtisadi və sərmayə yatırımı anlaşması idi. Nəticədə Çinlə Şərqi Avropa dövlətləri arasında ticarət əlaqələri sürətlə artmağa başladı. Bunun da nəticəsibndə 2017-ci ildə Şərqi Avropa ölkələri ilə Çin arasında ticarət əlaqələrin həcmi 43.9 milyard dollardan 67.98 milyard dollara yüksəldi. Bu artım Çinin Şərqi Avropaya qoyduğu sərmayənin da həcminin təxminən iki dəfə artmasında da özünü hiss etdirdi. İlk dəfə Çin sərmayəsi ilə Şərqi Avropanın ən böyük ölkələrindən biri olan Macarıstanın paytaxtı Budapeştlə Serbiyanın ana şəhəri olan Belqradı birləşdirən sürətli dəmiryolu xətti işə salındı. Buna paralel olaraq Çindən Şərqi Avropa ölkələrinə yeni aviareyslərin açılması istər ticari, istərsə də işgüzar münasibətlərin daha da genişlənməsinə səbəb olub. Nəticədə Çindən Şərqi Avropaya turist axını iki dəfədən çox artıb. Bu da öz növbəsində Şərqi Avropa ölkələrinə turist axınlarından tüz milyonlarla avro əlavə gəlir əldə etməyə imkan verib. Əgər əvvəllər Şərqi Avropa ölkələrinin otelləri ilin çox vaxtı müştəri üzünə həsrət idilərsə, indi onlarda turizm mövsümündə çinli turistlərin axınları nəticəsində boş yer tapmaq mümkün deyil.

Çin 2000-ci illərdən başlayaraq Şərqi Avropa ölkələrinin dəniz limanlarına göz dikmişdi və oraya sərmayə yatırmaq üçün müxtəlif iqtisadi faktorlardan yararlanmağa cəhd edirdi. Bu məqsədlə Çinin işgüzar dairələri Yunanıstanın, Portuqaliyanın, İspaniya və İtaliyanın dəniz limanlarının səhmlərini alır və bu sahəyə qoyulan sərmayələri ildən-ilə hiss edilmədən artırırdılar Düzdür, Şərqi Avropanın adı çəkilən ölkələri ABŞ-dan və Avropa İttifaqının Almaniya, Fransa, İngiltərə kimi super güc sahibi olan üzvlərindən ehtiyat edərək bir müddət Çının onların dəniz limanlarının səhmlərini almasına münasibətdə ehtiyatlı hərəkət etməyə üstünlük verdilər. Çünki bütün bunların ABŞ tərəfindən Çinin Avropanı parçalama cəhdlərinin dəstəklənməsi kimi qəbul edilə biləcəyi təhlükəsi ortada idi. Lakin 2016-2017-ci illərdən başlayaraq ABŞ-ın Avropadakı müttəfiqlərinə münasibətlərinin dəyişməsi və onlarla sərt iqtisadi təzyiq dili ilə danışması vəziyyətin Çinin xeyrinə dəyişməsinə səbəb oldu. Xüsusi ilə 2018-ci ildə ABŞ-ın Avropadan ABŞ-a ixrac edilən məhsullara yüksək gömrük rüsumları tətbiq etməsi Avropa İttifaqının Çinlə ticarı əlaqələrinin genişlənməsi sahəsində yeni perspektivlər açıb. Eyni zamanda Donald Trampın Çinlə ticari əlaqələrdə 2000-dən artıq müxtəlif məhsullara də tətbiq etdiyi yüksək gömrük rüsumları Pekinə milyardlarla dollar zərər vurub. Qeyd etdiyimiz kimi məhz Trampın Avropadakı müttəfiqləri ilə sözün əsl mənasında ticarət müharibəsinə başlaması Çinlə Avropa İttifaqı arasında ticari sahədə yaxınlaşmağa yeni təkan verib. Avropa ABŞ-ın iqtisadi müharibəsinin vurduğu zərəri Çinlə ticarət əlaqələrinin və qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsi ilə kompensasiya etmək niyyətindədir. Bunu Çin rəhbəri Si Sipinin Avropanın aparıcı ölkələrindən olan İtaliya, Almaniya və Fransada apardığı danışıqlar da bir daha təsdiq etdi.

Məsələn, Si Sipinin İtaliyada apardığı danışıqların nəticəsi olaraq iki ölkə arasında ticari əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan və 2.8 milyard avro həcmində 29 anlaşma imzalanıb. İtaliya faktiki olaraq Çinin Avropa ilə Pekin arasında geniş iqtisadi əlaqələrə imkan açacaq "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulub. Bununla da İtaliya "Böyük yeddilər" ölkələri arasında Çinin bu qlobal layihəsinə faktiki olaraq qoşulan ilk ölkə olub. Hazırda iqtisadi baxımdan ağır günlərini yaşayan və ölkənin dövlət borclarının ümumdaxili məhsulun həcmindən 131 faiz çox olan İtaliya üçün Çinlə ticari əlaqələrin genişləndirilməsi iqtisadi baxımdan xilas yoluna çevrilib. Təsadüfi deyil ki, İtaliyanın İqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi deyib ki, Çinlə ticari əlaqələrin genişləndirilməsi onlara Avropa İttifaqının digər 27 üzvü ilə müqayisədə daha sərbəst hərəkət etməyə və iqtisadi perspektivlər baxımından ölkənin gələcəyinə ümidlə baxmağa imkan verir: "Çinlə ikitərəfli ticari əlaqələrin yeni inkişaf mərhələsinə çatdırılması İtaliyanın Avropa İttifaqı ilə Pekin arasındakı əlaqələrində liderliyi ələ alması deməkdir ".

Çinlə ticari əlaqələrin genişləndirilməsi Fransa üçün də iqtisadi baxımdan önəmli əhəmiyyət kəsb etməyə başlayıb. Belə ki, ABŞ-la Avropa İttifaqı arasında olan ziddiyyətlərdən bacarıqla istifadə edən Çin Avropa bazarının geniş imkanlarından, o cümlədən yeni elmi texnologiyalardan öz xeyrinə istifadə etməyə başlayıb. Çinin Avropa İttifaqından 30 milyard avro dəyərində 300 ədəd müasir Airbus almaq barədə müvafiq sənəd imzalaması ABŞ-ın Avropadakı iqtisadi və siyasi mövqelyinə vurulan daha bir sarsıdıcı zərbə hesab edilir. Çinlə Airbus alqı-satqısı barədə imzalanan bu nəhəng anlaşma Avropa İttifaqına ABŞ-ın "Boeing" kompaniyasını dünya bazarında sıxışdırmaqda və ona qarşı rəqabətdə yeni üstünlüklər qazandırmaqdadır. Belə ki, "Boeing" 2017-ci ildə öz məhsullarının 20 faizini məhz Çinə satıb. Amma bu də hələ Çinlə Avropa İttifaqı arasında ticarı əlaqələrdə əldə edilən son uğur demək deyil. Belə ki, Çinlə Fransa arasında əldə edilən razılığa əsasən çinli işadamları Fransada külək enerjisindən istifadə edilən elektrik stansiyasının inşa edilməsinə, Fransa kənd təsərrüfatı məhsullarının alınmasına və birgə sərmayə fondunun yaradılmasına 10 milyard avro sərmayə qoyublar. Bütün bunlar isə Fransa iqtisadiyyatının inkişaf etdirilməsi üçün böyük önəm kəsb etməkdədir.

Fransa Çinlə iqtisadi əlaqələrin inkişaf etdirilməsindən yalnız iqtisadi deyil, həm də siyasi dividentlər əldə etməkdədir. Belə ki, bu amil Fransaya ABŞ-la münasibətlərdə özünü daha rahat və sərbəst hiss etməyə, Avropanın Vaşinqtonun asılılığından xilas olaraq müstəqil siyasət yeritməsinə imkan verməkdədir. Eyni zamanda Çinlə hərtərəfli əlaqələrin genişləndirilməsi Fransa üçün Almanıyanı özündən geridə buraxaraq Avropanın lideri rolunu oynaması anlamına gəlir.

Əlbəttə Çin üçün də Avropa ilə əlaqələri inkişaf etdirmək ABŞ-a qarşı yalnız iqtisadi, siyasi deyil, həm də hərbi sahədə yeni savaşa girmək deməkdir. Çin Avropa ilə əlaqələrdən dünya lideri imicini əldə etmək, ABŞ-ı beynəlxalq aləmdə sıxışdırmaq və bu məsələdə Avropanı özünün təbii müttəfiqinə çevirmək niyyətləri güdür. Buna nail olmağın yeganə yolu isə Avropa bazarından ABŞ-ı sıxışdırıb çıxarda bilməkdən keçir. Artıq Çin Avropa ilə ticari əlaqələrin ilk iqtisadi bəhrəsini görməyə başlayıb. Belə ki, 2018-ci ildə Çin İtaliyaya 30.8 milyard avro dəyərində məhsul göndərib. Bu. İtaliyanın Çınə göndərdiyi məhsulun həcmindən (13,2 milyard avro) iki dəfədən çoxdur. Eyni sözləri Fransa ilə ticari əlaqələrdə də görmək mümkündür. Belə ki, Çin 2017-ci ildə Fransaya 49 milyard avro dəyərində məhsul göndərib. Həmin dövrdə Fransa isə Çinə 19 milyard avro məhsul ixrac edib. Nəticədə iki ölkə arasındakı ticarət əlaqələrində Çin 30 milyard avro gəlir əldə edib. Bütün bunlar da Çinin dünya bazarında liderə çevrilməsi imkanlarını daha da artırıb.

Emin Axund

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: azerbaycanpolisi.az@gmail.com
2009-2026 © Azerbaycanpolisi.az