İşıqlı, ilahi missiyalı xanım dühası

İşıqlı, ilahi missiyalı xanım dühası
O, tələbələrinin sevimli pedaqoqu, mənəvi anası, mətbuat işçilərininsə ən yaxın dostudur

(Söhbət filologiya üzrə fəlsəfə doktoru, alim, şairə, yazıçı, ziyalı, ictimai xadim Sona xanım Vəliyevadan gedir)

O, Allahını sevən, Allahın və çiçəklənən Azərbaycanın sevilib-seçilən sevimli ziyalısı, alimi, şairəsi, yazıçısıdır. Tanrı dərgahının ucalığında ucalardan uca dayanan, xeyirxah əməlləri, işıqlı ürəyi ilə minləri öz işıq nuruna boyayıb işıqlı yolun mətin bələdçisi, çırağıdır, bugünkü qəhrəmanım. İşığının nurundan güc alan çıraq, bir ümiddir, nicatdır, xilaskardır, əməli salehdir qəhrəmanım. Bir də, bir də insanları çox sevdiyindən onların taleyinə, həyatına yanandı, insanların sirdaşıdır, pənahıdır, ümid yeridi. Tələbələrinin sevimli pedaqoqu, mənəvi anası, mətbuat işçilərininsə ən yaxın dostudur.

Dövlətini varlığı qədər sevən, dövlətçiliyimizə şərəfli töhfələr bəxş edən, poeziyamıza, ədəbiyyatımıza, elmimizə monumental sənət inciləri ərməğan edən, öz poetik, elmi cığırı olan, yazı, araşdırma üslubu ilə fərqlənən, ilhamı, duyğuları ilə seçilərək sevilən ziyalı, alim, qələm sahibi, jurnalist, ictimai xadim, mətbuat peşəkarı. Həsən bəy Zərdabi, Nəsir İmanquliyev mətbu ənələrini bu gün zərif xanım olaraq möhkəm çiyinlərində mətinlə davam etdirərək, o ucalığa, zirvəyə çatan XXI əsrin Natəvanı Sona xanım Vəliyeva…

Duyğularının məhsulu olan şeirləri oxucu üçün məlhəmdir. Oxucunun ürəyini oxuyur, o, ürəyə girir, onun nə istədiyini duyur. Duyduqlarını elə o andaca poetik duyğularıyla misralara köçürür, şeirlərində duyğulandırır, saflaşdırır, paklaşdırır, əbədiləşdirir. Bu əbədiləşmə ilə özü də sağlığında əbədiləşir oxucu qəlbində. Oxucunu düzgün istiqamətə yönəltmək qabiliyyətinə malik bir psixoloqdu. Şeirləri ən qatı cinayətkarı belə haqqa tapındırır, haqqa qaytarır. Qələminin təsir gücü, dinamikası, çoxşaxəliliyi, mövzu müxtəlifliyi bir ömrə bərabərdir. Bəlkə ona görədir ki, Sona xanım Vəliyeva Tanrıdan ona verilən ömür payına minlərin ömrünü qatır, calayır, ürəkdən-ürəyə yollar görür və hər bir ürəyə poetik duyğuları ilə sirdaş olur, insanları haqqa, mərhəmətə səsləyir. Düzgün mövqe tutmayanlar mərhəmətli Sona xanım Vəliyeva qələminin təsirindən bəhrələnərək, səhvlərini dərk edir cəmiyyətimizə xoş, uğurlu töhfələr vermək üçün düzgün yol seçirlər. Bəzi məqamlarda yanlış olduqlarını anlayıb, düzgünlüyə can atırlar. Budur şairə, yazıçı qələminin gücü, təsiri.

Bəlkə ona görədir ki, Sona xanım ürəklər şairəsidir, sevən ürəklərin şairəsi... Həmin ürəkdə böyük Azərbaycan sevgisi, dövlətinə, dövlətçiliyinə, xalqına, millətinə, elinə-obasına sədaqətli, vicdanlı, təmənnasız xidmət hissi və xidmət, bu xidmətə və hissə sıx bağlılıq var. Bütün Azərbaycanın və azərbaycanlılarının sevgisini qazanıb və o sevgini illərlə qoruyub saxlaya bilib qüdrətli Sona xanım Vəliyeva.

Azərbaycan əsgərinin sevimli şairəsidir. Mən "N" saylı hərbi hissədə əsgərlərlə görüş zamanı Sona xanım Vəliyevanın yazdığı "Yollara yağış yağır" şeirini söyləyəndə, susmaq bilməyən alqış yağışına qərq oldum. O görüşdə başqa şairlərin şeirlərini də söylədim. Açığı alqış görmədim. Onda əmin oldum ki, Sona xanıma heç kim nə poeziyamızda, nə mətbuatımızda, nə də ədəbi mühitimizdə rəqib ola bilməz. Rəqiblik etmək iddiasına düşənlərsə bu haqqı qəbul edib iddialarından çəkilirlər. Çünki hamı, həmkarları Sona xanımın qələminin gücünə, elmi araşdırmalarına, tədqiqatlarına, ictimaiyyətdə mövqeyinə bələddi.

Sözünün ağası və sahibəsi olan Sona xanım Vəliyeva öz xeyirxah əməlləri ilə hər bir azərbaycanlıya nümunədir. Onun şeirlərində, nəğmələrində böyük bir Azərbaycan xanımının səmimiyyəti, saflığı, saf niyyəti və ən əsası, Müstəqil Azərbaycan sevgisi dayanır. Milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin, tariximizin, müstəqillik yolumuzdakı əldə etdiyimiz uğurların layiqli təbliğatçısı və tərənnümçüsü Sona xanım Vəliyeva qələmi. Bu qələm hər zaman axtarışdadır və hər bir axtarışını elmi əsərlərə, kitablara köçürərək oxuculara bir dünya sevinc bəxş edir.

Sona xanım Vəliyevanın yaxınlarda işıq üzü görən "İşığa gedən yol" romanı Azərbaycan ziyalıları və poeziyasevərlər, oxucular tərəfindən yüksək qarşılandı. Bu bir yeniliyin təməli idi. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür yoluna həsr olunmuş bu roman ziyalı, maarifçi, publisist, ictimai xadim Sona xanım Vəliyevanın qələmə aldığı əsərlər içərisində maarifçiliyi ilə seçilərək fərqləndi. Şöhrətli ziyalılarımızın kitaba verdiyi yüksək dəyərləri bir "Oxu məni" olaraq sizlərə təqdim edirik. O fikirlər bir daha Sona xanım Vəliyeva qələminin bənzərsizliyinin təntənəsinin təsdiqi idi.

Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev: "Həsən bəy Zərdabi haqqında məqalələrə rast gəlmişik, ancaq onun haqqında belə ətraflı, onun ömrünü tam əks etdirən əsərə rast gəlməmişik. Milli mətbuatımızın banisinin ömür yolunun bu cür geniş şəkildə təsvir edilməsi təbii ki, çox sevindirici haldır. Bu çox dəyərli əsərdir. Bu hamı üçün Həsən bəy Zərdabinin həyatını, tarixini öyrənmək istəyənlər üçün gözəl bir mənbədir. Bədii əsər yazmaq asan deyil. Bununla belə, bədii əsərlər çox yazılıb, amma Həsən bəy Zərdabinin 65 illik ömrünün hər anının qələmə alındığı sanballı bir əsər yox idi. Bu roman Azərbaycan mətbuatı və maarifçilik tarixində, milli ədəbiyyatımızda böyük rol oynayacaq. Bu roman o tarixi dövrü öyrənənlər üçün gözəl bir mənbədir. Əsərdə ailə münasibətlərinə, şəxsiyyətlərin yaşadığı dövrə dəqiqliklə nəzər salınıb. Bu cür tarixi şəxsiyyətlərlə bağlı əsərlərin yazılışı davam etməlidir ki, biz onları yaxından tanıyaq".

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı, millət vəkili Əflatun Amaşov: "Sona xanım öz zəhməti ilə belə bir yükü öz üzərinə götürdü və böyük zəhmət nəticəsində belə bir tarixi roman ərsəyə gəldi. Bu kitab xüsusilə mətbuat işçiləri üçün vacib əhəmiyyət kəsb edir. Lakin bu kitab nəinki jurnalistlərin, hamının stolüstü kitabına çevrilməlidir, çünki Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafında mühüm rol oynamış bir şəxsiyyətdir".

Milli Məclisin deputatı, millət vəkili Nizami Cəfərov: "Bu gün tarixi şəxsiyyətlərimiz barəsində bu cür əsərlərin yaradılmasına böyük ehtiyac var. Xalqımız öz tarixi şəxsiyyətlərini yaxşı tanımalıdır".

Milli Məclisin deputatı, millət vəkili Elmira Axundova: "Bu kitab Azərbaycan haqqındadır. Müəllif bu əsərdə 10-a yaxın tarixi şəxsiyyətdən bəhs edib. O dövrlərin mühiti, tarixi şəxsiyyətləri, ədəbi məclisləri haqqında oxucuya geniş məlumat verilir. Bu mənada kitab ensiklopediyadır".

Akademik Teymur Kərimli: "Əsərin ilk səhifəsindən məlum olur ki, roman böyük tədqiqatların məhsuludur. Kitabdan yüzlərlə insanın adı keçir. Sona Vəliyeva romanla işıqlı yolu göstərir. Bu işıq keçmişdə qalmayıb, gələcəyə işıq salır. Ona görə də bu əsər müasirdir".

Belə dəyərli alimlərin fikirləri Sona xanım Vəliyevanın qələmə aldığı "İşığa gedən yol" kitabına verilən yüksək qiymətdir. Həsən bəy Zərdabini bir daha oxucuya təqdim edən qəhrəmanın Sona Vəliyevanın fikirləri: "Mən tarixi şəxsiyyətlərin həyatını, fəaliyyətini araşdıranda elə bilirdim ki, onların birinin övladıyam və borcum var. Həsən bəyin həyatı, yaradıcılığı mənim hər zaman diqqətimi çəkib. Düşünürəm ki, o dövrdə yaşayanların hər birinə mənəvi, övladlıq borcumuz var. Bizim azad yaşamağımızda onlara vətəndaş, soydaş borcumuz var. Mən Həsən bəyin həyatını araşdıranda zərrə qədər yorulmadım. Çünki o İlahi missiyası olan adam idi".

Mən tövsiyə edərdim ki, bu kitab rus, ingilis dillərinə də tərcümə edilsin. Ali, orta ixtisas məktəblərində bir tədris vəsaiti kimi tədris proqramına salınsın. Təkcə jurnalistika fakültəsinin tələbələri üçün deyil, bütün humanitar fənnlər tədris edilən tədris ocaqlarında bu kitab bir dərs vəsaiti kimi istifadə edilsin. Tələbələrimiz dolğun bilgilər əldə etsinlər.

Картинки по запросу sona veliyeva

Hörmətli Sona xanım Vəliyeva, biz də Sizi "İşığa gedən yol" romanınızın işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edir, uğurlar arzulayırıq. Açılan hər səhəriniz müstəqil Azərbaycan qədər əzəmətli, sevincli, Milli Ordumuz qədər qüdrətli olsun, qəlbinizin işığı, ilahi missiyalı xanım dühanız poeziyamızdan, elmimizdən, mətbuatımızdan əskik olmasın, çünki o düha işığa gedən yolun zirvə nöqtəsidir. Həmişə zirvələrdə olarsınız. Dostum, xalq artisti İlhamə Quliyevanın

Sona xanım Vəliyeva haqqında söylədiyi bir fikri ilə yazıma nöqtə qoyuram: "Sona Vəliyeva Azərbaycan xanımının simasıdır və Tanrı dərgahına ucalan poeziya Günəşidir. Parlaq bir Günəş. Müstəqil Azərbaycana şəfəq saçan, hər kəsin qəlbində özünə abidə ucaldan əbədi Günəş".

Alim Nəbioğlu

Jurnalist-publisist

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az