Tanınmış jurnalist Nicat Məlikov dünyasını dəyişib

Tanınmış jurnalist Nicat Məlikov  dünyasını dəyişib

Nicat Məlikov 39 yaşında qəfil dünyasını dəyişdi

Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə görə, yaxınları bildirib ki, N.Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə "Zerkalo" qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

N.Məlikov "APA Holdinq"ə daxil olan "Vesti.Az" saytında müxbir kimi çalışıb.

APA Holdinq"in kollektivi həmkarımız N.Məlikovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.03

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az