Şahmat tacı uğrunda dünya çempionatı 2021-ci ilin noyabrında keçiriləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında məlumat verilib. Turnir noyabrın 24-dən dekabrın 16-dək Dubayda "Expo-2020" çərçivəsində keçiriləcək.
Qeyd edək ki, ötən il martın 15-də Yekaterinburq şəhərində start götürən iddiaçılar turniri koronavirus pandemiyasına görə həmin ayın 26-da dayandırılıb. Yarışın qalibi şahmat tacı uğrunda dünya çempionatında iştirak hüququ qazanacaqdı. Ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi. Hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir. Şahmat tacı uğrunda görüşdəki rəqibi namizədlər turnirinin qalibi olacaq.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































