"Qarabağ" dünyanın 400 futbol klubu arasında 147-ci yerdə qərarlaşıb

"Qarabağ" dünyanın 400 futbol klubu arasında 147-ci yerdə qərarlaşıb

Dünyanın ən yaxşı futbol klublarının reytinq siyahısı açıqlanıb.

Oxuməni.az-ın yerli mətbuata əsasən verdiyi xəbərə görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlində planetin ən yaxşı 401 klubu yer alıb. Azərbaycan 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda yalnız bir komanda ilə təmsil olunub. Ölkəmizin ən yaxşısı "Qarabağ"dır.

Son illərin dəyişməz çempionu dünyanın 147-ci komandasıdır. Hesabında 80 xal olan Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür. 147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. "Qarabağ"ın şərikləri "Sauthempton" (İngiltərə), "Penyarol" (Uruqvay), "Viktoriya" (Çexiya) və "Atletiko Mineyro"dur (Braziliya).

2019-cu ilin yekunlarında 80-ci olan "Qarabağ" bir il ərzində 67 pillə geriləyib. Lakin təmsilçimiz hələ də "Everton", "Nyukasl" (hər ikisi İngiltərə), MOİK, "Lokomotiv" (hər ikisi Rusiya), "River Pleyt" (Argentina), "Xetafe", "Selta", "Valensiya" (hər ikisi İspaniya), "Beşiktaş", "Fənərbaxça" (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.

Cədvələ Almaniya "Bavariya"sı başçılıq edir – 260 xal. "Palmeyras"ın (Braziliya) 230, PSJ-nin (Fransa) 226 xalı var. Qardaş Türkiyənin ən yaxşı təmsilçiləri "Qalatasaray"la "Başakşəhər" 93,5 xalla 116-cı yerdədir. İstanbulun digər iki nəhəngi "Beşiktaş" 212-ci, "Fənərbaxça" isə 215-cidir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

2026.04.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az