"Barselona" komandasının argentinalı hücumçusu Lionel Messi Katalon klubunda qalmaq istəyir.
Oxuməni.az xəbər verir ki, bu barədə "Sport.es" portalına komandanın prezidenti vəzifəsinə iddialı olan Joan Laporta bildirib.
"Mən bilirəm, o qalmaq istəyir. Messi burada qalmaq üçün hər şeyi edəcək", - o deyib.
Onun sözlərinə görə, klub futbolçunun ehtiyaclarını təmin etmək üçün hər şeyi edir. Laporta əlavə edib ki, hücumçu xoşbəxt görünür və klubdakı yoldaşlarını dəstəkləyir. "İndi Messi La Liqada "Atletiko"ya çatmağa və Çempionlar Liqasında PSJ-ni keçməyə köklənib", - Joan Laporta fikirlərini ümumiləşdirib.
Ötən ilin dekabrında Fransanın PSJ klubunun Messini transfer etmək istəməsi barədə məlumat yayılıb. "RMC Sport" nəşrinin xəbərinə görə, argentinalı 2021-ci ildə komandaya qoşulmalıdır. PSJ-də "Barselona"da Messi ilə oynamış braziliyalı Neymar da çıxış edir.
Oxuməni.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























