Noyabrın 25-də Argentinada vəfat edən Dieqo Maradona ilə bağlı aparılan toksikoloji testlər əfsanəvi futbolçunun ölümündən əvvəl narkotik və ya spirtli içki qəbul etmədiyini ortaya çıxarıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Argentinanın rəsmi xəbər agentliyi TELAM məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Maradonanın yarılma müayinəsinin tamamlayıcı testi olaraq götürülən qan, sidik və digər testlərdə alkoqol və narkotik maddə aşkar edilməsə də, onun asılılıq və depressiya müalicəsində istifadə edilən bəzi psixotrop dərmanlar atdığı müəyyən olunub.
Testlərdə Maradonanın ölümündən əvvəl depressiya və asılılıqla bağlı aldığı müalicədə "Venlafaksin", "Quetiapine", "Levetiracetam" və "Naltrexone" istifadə etdiyi ortaya çıxıb.
Ürək döyüntüsü ritminin pozulmasına səbəb olan bu dərmanların xroniki ürək xəstəliyi olan bir şəxs üçün uyğun olub-olmadığının araşdırılacağı bildirilib.
İstintaqda iştirak edən prokurorlar əfsanəvi futbolçunun ölümünün qarşısını alına biləcəyini, ölümündə Maradonanın həkimlərinin məsuliyyət daşıdığını araşdırmaq üçün "Tibbi Komanda" quracaqlarını bildiriblər.
Məşhur futbolçunun ölümündə səhlənkarlığın olub-olmadığına dair istintaq çərçivəsində Maradonanın neyrocərrahı Leopold Luk və psixiatrı Avqustina Kosaçovun evləri və kompüterləri axtarılıb, mobil telefonları müsadirə edilib.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































