Futbol üzrə Argentina milli yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messi "Champion for Peace of the Year" mükafatını alıb.
Oxuməni.az xəbər verir ki, bu barədə "Peace and Sport" saytı məlumat yayıb.
"İlin dünya çempionu" mükafatı sülhün, ədalətin və sosial inteqrasiyanın nailiyyəti üzrə əhəmiyyətli və dayanıqlı idman təşəbbüslərinə başçılıq etmiş idmançılara verilir. Futbol meydanında dürüst oyunu ilə tanınmış və yüksək qiymətləndirilmiş Messi həmçinin meydançadan kənarda da öz sosial yardımları ilə fərqlənib.
Leo Messi öz xeyriyyəçi fondu ilə dünyanın hər yerində, xüsusən İspaniya, Argentina, Mozambik, Fələstin, Keniya, Suriya və Nepal kimi ölkələrdəki imkansız uşaqlara təhsil və sosial inteqrasiya məsələlərində yardım edir", - "Peace and Sport" saytındakı yazıda bildirilir.
Onu da deyək ki, daha əvvəl bu mükafatın qalibləri "İnter Mayami"nin yarımmüdafiəçisi Blez Matyuidi və reqbi oyunçusu Siya Kolisi olublar.
Səttar
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































