FIFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Oxuməni.az-ın məlumatına görə, bu ada Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski sahib çıxıb. Polşalı hücumçu İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və İspaniya "Barselona"sından Lionel Messini üstələyib.
2018-ci ildə bu mükafatı "Real Madrid"dən xorvatiyalı Luka Modriç qazanıb. Ronaldu "The Best" mükafatına "kral klubu"nda çıxış etdiyi vaxt - 2016 və 2017-ci illərdə, Messi isə ötən il yiyələnib.
Levandovski bu il "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.
Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə "The Best" mükafatını qazanıb. Koronavirus pandemiyası üzündən mükafatlandırma mərasimi onlayn formatda təşkil olunub. Bununla belə, FIFA prezidenti Canni İnfantino mükafatı təqdim etmək üçün Levandovski ilə şəxsən görüşüb.
Murad Şahməmmədov
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir



















.jpg)
.jpg)










.jpg)























