Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Oxuməni.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə bu raundda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

Çempionlar Liqası

1/8 final mərhələsi

"Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)

"Latsio" (İtaliya) - "Bavariya" (Almaniya)

"Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)

"Leyptsiq" (Almaniya) - "Liverpul" (İngiltərə)

"Portu" (Portuqaliya) - "Yuventus" (İtaliya)

"Barselona" (İspaniya) - PSJ (Fransa)

"Atalanta" (İtaliya) - "Real Madrid " (İspaniya)

"Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək. Qrup qalibləri ilk matçı səfərdə, ikinci oyunu isə evdə keçirəcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.09.09

2026.09.08

2026.09.07

Tuğba Ekinci saxlanıldı Tuğba Ekinci saxlanıldı 7 Sentyabr 14:45

2026.09.06

2026.09.05

2026.09.04

2026.09.03

2026.09.02

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az