Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin V turu çərçivəsində növbəti oyunlar keçirilib.
Oxuməni.az xəbər verir ki, turun maraq doğuran görüşü "Şükrü Saracoğlu" stadionunda oynanılıb. Türkiyə millisi Rusiya seçməsini qəbul edib.
Oyunda hesabı ruslar açıb. Görüşün 11-ci dəqiqəsində Denis Çerışev fərqlənib - 0:1. Matçın 24-cü dəqiqəsində Rusiya millisi azlıqda qalıb. Qapıçı ilə təkbətək qalan Cenk Tosuna qarşı kobudluq edən Andrey Semyonov qırmızı vərəq alaraq meydandan kənarlaşdırılıb.
Qoldan sonra irəli atılan "ay-ulduz"lar qarşılaşmanın 26-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Caner Erkinin cinah ötürməsindən sonra Kənan Karaman hamıdan tez topa yetişərək qapıda dəqiq baş zərbəsi endirib - 1:1.
Oyunun 32-ci dəqiqəsində Türkiyə millisi hesabda önə keçib. Cengiz Ünder baxımlı qola imza atıb - 2:1.
Fasiləyə komandalar Türkiyə millisinin üstünlüyü ilə yollanıb.
Qarşılaşmanın ikinci hissəsinin 52-ci dəqiqəsində oyunun baş hakimi Szymon Marçiniak Rusiya millisinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Türkiyə millisinin kapitanı Cenk Tosun dəqiq olub - 3:1.
Matçın 57-ci dəqiqəsində ruslar hesab arasındakı fərqi bir topa endirib. Daler Kuzayev adını tabloya yazdırıb.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.
Bu qələbədən sonra xal ehtiyatını 6-a çatdıran Türkiyə üçüncü, Rusiya seçməsi isə 8 xalla birinci yerdə qərarlaşıb.
Murad Şahməmmədov
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































