"Vilyarreal"ının futbolçusu Xuan Foytun zədəsi ciddidir

"Vilyarreal"ının futbolçusu Xuan Foytun zədəsi ciddidir

UEFA Avropa Liqasının I qrupunda II turun "Qarabağ"la oyununda zədələnmiş İspaniya "Vilyarreal"ının futbolçusu Xuan Foytun durumuna aydınlıq gəlib.

Oxuməni.az xəbər verir ki, əzələsində yırtıq aşkarlanan 22 yaşlı müdafiəçi 3 həftə meydanlardan kənarda qalacaq.

Bu səbəbdən, istedadlı futbolçu Argentina milli komandasının Paraqvay və Peru ilə DÇ-2022-nin seçmə oyunlarını buraxmalı olacaq. O həmçinin La Liqada "Valyadolid" və "Xetafe", eyni zamanda Avropa Liqasında İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə matçlarda da iştirak edə bilməyəcək.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutmuş matçda "Qarabağ" "Vilyarreal"a 1:3 hesabı ilə uduzub.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.10

2026.06.09

2026.06.08

2026.06.07

2026.06.06

2026.06.05

2026.06.04

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az