"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib. "Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 10-cu dəqiqədə "Makkabi"nin heyətində Yonaten Kohen fərqlənib. Matç Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev üçün əlamətdar olub. 31 yaşlı müdafiəçi avrokuboklarda 100-cü oyununa çıxıb.

Qrupun digər matçında "Vilyarreal" İspaniyada Türkiyə "Sivasspor"unu qəbul edib. Görüşdə qapılara 8 qol vurulub. Matç ispanların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Vilyarreal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.25

2026.10.24

2026.10.23

Bakıda binada uçqun oldu Bakıda binada uçqun oldu 23 Oktyabr 12:23

2026.10.22

2026.10.21

2026.10.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az