"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.
Oxuməni.az xəbər verir ki, Ağdam klubu İsraildə Təl-Əviv "Makkabi"sinin qonağı olacaq. "Blumfild" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən "Makkabi"yə qarşı oynamayacaq.
Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə Çempionlar Liqasının (ÇL) təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın "Sileks" (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveç "Molde"sinə penaltilər seriyasında uduzaraq, Avropa Liqasının pley-ofuna düşüb. Burada isə Polşa "Legiya"sını səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.
"Qarabağ" kimi "Makkabi" də Avropa Liqasının qrupuna ÇL-dən gəlib. I təsnifat mərhələsində Latviya "Riqa"sını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca Litva "Suduva"sı (3:0) və Belarusun "Dinamo" (Brest) komandasını məğlub edərək (1:0) pley-offa yüksəlib. Bu raundda Avstriyanın "Zalsburq" komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa Avropa Liqasının qrupuna vəsiqə əldə edib.
UEFA Avropa Liqası
Qrup mərhələsi, I tur
23:00. "Makkabi" (Təl-Əviv, israil) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Con Biton, Frensis Konor, Daniel Makfarlan, Euan Anderson
Tel-Əviv, "Blumfild" stadionu
Qeyd edək ki, qrupun digər oyununda "Vilyarreal" evdə Türkiyə "Sivasspor"unu qəbul edəcək.
Oxuməni.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































